Muhsin Mahmelbaf

Muhsin Mahmelbaf
محسن مخملباف
Doğum tarixi 29 may 1957(1957-05-29)[1][2] (67 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı, kinorejissor, film prodüseri, montajçı[d], roman yazıçısı, ssenarist, esseist, aktyor, kinematoqraf, rejissor
Fəaliyyət illəri 1981-ci ildən
makhmalbaf.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muhsin Mahmelbaf (fars. محسن مخملباف‎; 29 may 1957[1][2], Tehran) — məşhur iranlı kinorejissor və ssenaristdir. Hazırda Asiya Kino Akademiyasının prezidentidir. 1979-cu il İran inqilabında fəal iştirak edib. İnqilabdan əvvəl, polislə toqquşduğuna görə 4 il azadlıqdan məhrum edilib.

Mahmelbafın filmləri 1990-2000-ci illərdə beynəlxalq kinofestivallarda geniş rəğbət qazanıb. 2001-ci ildə Time jurnalı "Qəndəhər" filmini bütün zamanların ən yaxşı 100 filmindən biri adlandırdı[3]. Eyni 2001-ci ildə Mahmelbaf YUNESKO-nun "Federiko Fellini Qızıl medalı" ilə təltif edilmişdir. 2006-cı ildə Mahmelbaf Venesiya Film Festivalında münsiflər heyətinin üzvü olub. 2006-cı ildə dünya kinosuna verdiyi görkəmli incəsənət töhfəsinə görə Sergey Paracanov mükafatını alıb. İranda Mahmelbafın filmləri dəfələrlə qadağa altında olub, məsələn, “Məsumiyyət anı (Çörək və çiçək)” 1995-ci ildən 1997-ci ilədək, “Məhəbbət vaxtı” 1990-cı ildən qadağan edilib və s.

Mahmelbaf da bir çox rejissorlar kimi bəzən öz filmlərində epizodik rollar oynayır.

Mahmelbafın qızları Samirə və Xana da kinorejissor olmaq qərarına gəldilər və beynəlxalq film festivallarında bir neçə mükafat qazanan filmlər çəkdilər. Mahmelbafın həyat yoldaşı Mərziyə Meşkini də 2 film çəkib (xüsusən də “Qadın olduğum gün” filmini ərinin ssenarisi əsasında çəkib). Oğlu Meysəm isə operatordur.

  1. 1 2 Mohsen Makhmalbaf // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Mohsen Makhmalbaf // Munzinger Personen (alm.).
  3. ALL-TIME 100 Movies Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine — TIME  (ing.)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy